Bu ölkədə qadın yazarların kitabları qadağan olundu 

img

19-09-2025 [11:38]


Əfqanıstandakı Taliban iqtidarı dünyanı heyrətləndirməyə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumətin qərarı ilə ölkədəki universitetlərdə qadınların müəllifi olduğu bütün kitablar və onlardan istifadə qadağan olunub.

Qərarda iddia olunub ki, bu, Şəriət qanunlarına və Taliban siyasətlərinə uyğun olaraq verilib: "Bununla da universitetlərdə qadınlarn müəllifi olduğu 140 kitab qadağan edilib. Belə kitabların arasında  “Kimya laboratoriyasında təhlükəsizlik” kimi elmi kitablar da var..."

Bundan başqa, hökumətin qərarı ilə qadınlara sənət öyrədən 18 kursun tədrisi də dayandırılıb. 

Xatırladaq ki, Taliban iqtidara gəldikdən sonra qızlara 6-cı sinifə qədər oxumağa icazə verilib.

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA