Keçmiş icra başçısı Gəncə bazarından hələ də “arenda” haqqı yığır – Ayda bir milyondan çox...
30-10-2023 [18:40]
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin Gəncədə tikdirdiyi Grand Qafqaz Ticarət Kompleksi(Yeni bazar) hələ də onun özünə xidmət edir.
Missiya.Az-a Gəncədəki mənbələrin verdiyi məlumata görə, Elmar Vəliyevin oğlu Elmir Vəliyev ayda bir dəfə Gəncədə peyda olur və bu da sözügedən bazardan aylıq kirayə haqlarını yığmaq məqsədilə.
“Həmin bazar Gəncədə “Universam İsmayıl” kimi tanınan İsmayıl Hüseynovun(Məşhur futbolçu Yunis Hüseynovun böyük qardaşı ) adına rəsmiləşdirilib, lakin onun həmin ticarət obyekti ilə yaxın-uzaqdan heç bir əlaqəsi yoxdur. Bazardakı bütün ticarət nöqtələri bilavasitə Elmar Vəliyevə xidmət edir. Bu bazar Elmar Vəliyev tərəfindən İsmayıl Hüseynovun adına rəsmiləşdirilən yeganə obyekt deyil. Onun adına Gəncədə Cavad Xan küçəsində otel də inşa olunub. Maraqlıdır ki, həmin obyektlərin tikintisi o vaxt Elmar Vəliyev tərəfindən İsmayıl Hüseynovun üzərinə qoyulub. Yəni, iş adamı külli miqdarda borc altına girərək həmin obyektləri inşa etdirib. Lakin obyektlərdən gəlirləri Vəliyevin özü götürür. Bir müddət əvvəl məhz üzərindəki böyük bank kreditlərinə görə İsmayıl Hüseynovun səhhətində ciddi problemlər yaranmışdı” deyə, mənbə bildirib.
Məlumata görə, haqqında bəhs etdiyimiz bazarın idarəçiliyi məsələsi hələ də mübahisə predmeti olaraq qalır. Lakin, bu da Elmar Vəliyevə bazardan haqq toplamağa mane olmur: “Onun oğlu hər ay gəlib bazardan “arenda” haqqı yığır. Hər dəfə də ayrı- ayrı 200, 300 min dollarlıq maşınlarla gəlir. Halbuki, Elmar Vəliyevin özünün Gəncədə xeyli iş adamına, sahibkara və şirkətlərə külli miqdarda borcu var və bu borc o, icra başçısı olduğu dövrdə yığılıb. Sual olunur, Vəliyevin bu qədər pulu varsa, niyə bizim pulları vermir? O, kiçik yaşlı nəvəsinə də xaricdən bahalı maşın gətizdirib. Ümumiyyətlə, maraqlıdır bazardan yer haqları niyə hələ də Elmar Vəliyevə çatır? O, hansı stasusla bunu reallaşdıra bilir?... Bazar onun şəxsi mülküdürsə, onda icra başçısı işlədiyi dövrdə bu obyekti necə inşa etdirib? Axı qanunvericilik ona belə bir lüks tanımır” deyə, iş adamı olan mənbə vurğulayıb.
Qeyd edək ki, sözügedən bazar 2014-cü ildə inşa edilib. Rəsmən “Bazar Store” MMC-nin Grand Qafqaz Ticarət Kompleksi adlanan bu ticarət obyekti Gəncə şəhər Zərifə Əliyeva küçəsində yerləşir. Ümumi torpaq sahəsi 20,0 hektar, ümumi tikinti altı sahəsi 83 min 500 kv.metr olan kompleksin 16 hektardan az olmayan torpaq sahəsində 44 min 100 kv.metr olan 5 ədəd “modul” tipli konstruksiyasından istifadə olunmaqla, “Yaşıl market” topdan satış mərkəzi də inşa edilib.1-ci mərtəbədə 352 mağaza, ikimərtəbəli hissədə isə 1086 mağaza yerləşir.
Bundan əlavə, Kompleksdə hər biri 9000 kv. metr sahədə 176 mağaza sənaye mallarının satışı və “Gəncə Səbəti” Bazarı, 14000 kv. metr sahədə topdan və pərakəndə satışı, 6000 kv. metr sahədə elektrik, təsərrüfat, xalça və digər məişət avadanlıqlarının satışı mərkəzi, hər biri 2000 kv. metr sahədə supermarket, Logistik mərkəz, soyuducu anbar və sadə anbarlar yerləşdirilib. Bu qədər nəhəng ticarət kompleksindən söhbət gedir. Təxmini hesablamalara görə, anbarlar, topdan satış hissələri nəzərə alınmadan təkcə mağazalardan ayda 1 milyon manatdan çox kirayə haqqı yığılır.
İş adamları sual edirlər ki, təkcə Gəncə bazarından ay ərzində bu qədər pul toplayan adam niyə borclu olduğu insanları hələ də süründürür?..
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, Elmar Vəliyev və oğlu Elmir Vəliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin külli miqdarda vergi borcu da yaranıb. Qeyd olunurdu ki, Vəliyevlərə məxsus bir neçə hüquqi şəxs uzun zamandır ki, vergi ödəməkdən yayınır.
Elmar Vəliyevin Gəncədə çalışarkən şəhərin abadlaşdırılması adı ilə yerli mağazalardan aldığı inşaat mallarına görə də xeyli borcunun olduğu deyilir. Buna baxmayaraq onun oğlu bu yaxınlarda özünə 157 min ABŞ dolları (270 min manata yaxın) olan yeni avtomobil alıb. Bu, “Land Rover”in yeni “Defender” kolleksiyasından olan avtomobilidir.
Xatırladaq ki, Elmar Vəliyev bir neçə il əvvəl Gəncədə sui-qəsdə məruz qalıb.
Mövzunu davam etdirəcəyik.
Elcan
Missiya.Az
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır
SAXTA ÇAYLAR BAZARI BÜRÜYÜB: "Başqa ölkələrdən gətirilən çayları təmiz çaya qarışdırırlar" - AÇIQLAMALAR
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
PA rəsmisi daha bir icra başçısını kollektivə təqdim etdi - FOTO
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
DÇ-2026: Nigeriya finalın bir addımlığında - Osimhen iki qol atıb
Ağalı kəndinə növbəti köç olub
Rusiyanın döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik