İcra başçısına açıq sual: "Min problem var, niyə vəsaiti salamat üzlüklərə xərcləyirsiniz?" - Sabiq nazir və siyasi fəal problemləri qabartdı, İH reaksiya verdi (YENİLƏNİB)
30-10-2023 [17:18]
"Lənkəranda Qala xiyabanindakı üzlüklər dəyişdirilir".
Mia.az xəbər verir ki, bu sözləri ictiami fəal, əslən lənkəranlı Yadigar Sadıqlı sosial media heabında yazıb.
O, paylaşımına foto da əlavə edərək, soruşur: "Soruşan lazım niyə? Şəhərin min bir problemi olduğu halda, vəsaiti yetərincə salamat üzlüklərə xərcləmək nəyə lazımdır?".
O, növbətİ statusunda isə sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovun paylaşımını yayaraq, yazıb: "Biz yazanda qərəzli müxalifətçi oluruq. Tofiq Zülfüqarov da təsdiq edir ki, Lənkəranın küçələri, hətta mərkəzi belə zir-zibil içindədir".
Yadigar Sadıqlının bu paylaşımlarına şərh yazanların çoxu isə uzun illər Taleh Qaraşovun rəhbərlik etdiyi Lənkəranda korrupsiya iddialarına diqqəti çəkiblər.
***
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, aidiyyəti xidmət idarələri tərəfindən bütün şəhər və rayon ərazisində, eləcə də sözügedən ərazidə mütəmadi zibillərin yığılması həyata keçirilir: "Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rayonun bütün ərazisinin səliqə-səhmanına gündəlik fəaliyyət istiqaməti kimi daim ciddi yanaşır və sakinlərimizin rahatlığı üçün bütün mümkün addımları atır.
Qeyd edək ki, cari ildə şəhərin küçə və yol kənarlarında 50-ə yaxın yeni zibil qutularının, habelə plastik qablaşdırma tullantıları üçün ayrıca zibil qutularının qoyulması təmin edilib. Bununla belə, bəzi insanlar tərəfindən şəhərin səliqə-səhmanına riayət olunmaması halları müşahidə edilir. Sakinlərimizdən və şəhərimizin qonaqlarından xahiş edirik ki, şəhərimizin təmiz və səliqəli saxlanılmasına ciddi şəkildə riayət etsinlər, xatirladırıq ki, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmağa görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.
Bildiririk ki, hazırda şəhərin Qala Xiyabanı küçəsinin bir hissəsində abadlıq-bərpa və təmir işləri həyata keçirilir. Qeyd edək ki, şəhərin Qala Xiyabanı küçəsinə 2008-ci ildə travet üzlüklər düzülüb. Sürüşkənliyi çox olan həmin üzlüklərin ötən müddət ərzində bir hissəsi sıradan çıxıb. Lənkəran şəhərinə gələn çoxsaylı turistlərin və qonaqların, o cümlədən rayon sakinlərinin gəzinti və istirahəti üçün sözügedən yoldan gündəlik istifadə etdikləri nəzərə alınaraq hazırda sıradan çıxmış əvvəlki üzlüklər sökülərək yüksək keyfiyyətli mərmər qarışıqlı beton tavalarla əvəzlənir. Görülən işlərə şəhər İcra hakimiyyəti tərəfindən gündəlik ciddi nəzarət olunur".
Tahir
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq