"Qalatasaray" "Rizespor"u devirdi

img

28-10-2023 [22:47]


Trendyol Superliqasının 10-cu turunda "Qalatasaray" səfərdə "Çaykur Rizəspor"a qalib gəlib. 

Mia.az xəbər verir ki, Çaykur Didi stadionunda bu gün “Çaykur Rizəspor” və “Qalatasaray” qarşılaşıb. 

İlk yarısı 0-0 bitən qarşılaşmada Oliveyranın 68-ci dəqiqədə vurduğu qolla "Qalatasaray" qalib gəlib. 

70-ci dəqiqədə "Çaykur Rizəspor"un futbolçuus Qustavonun vurduğu qol oyundankənar vəziyyət səbəbindən ləğv edilib.

Bununla da superliqadakı məğlubiyyətsizlik seriyasını 10 matça çatdıran "Qalatasaray" ardıcıl 9-cu qələbəsini qazanıb. 

"Aslanlar" həftəni 28 xalla başa vurub.

"Qalatasaray" gələn həftə Super Liqada "Kasımpaşa" ilə qarşılaşacaq.

Ardıcıl ikinci, ümumilikdə isə 4-cü məğlubiyyətini alan “Çaykur Rizəspor” 14 xalla qalıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub