Habil Əliyevin oğlu danışdı: "Ümid Allaha qalıb"

img

06-06-2014 [12:31]


"Bütün ailə üzvləri yığılıb başına, oturmuşuq. Ümid Allaha qalıb. Artıq danışmağı da yoxdur”.
 
Bunu APA-ya xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin oğlu Rəvan Habiloğlu deyib.
 
Onun sözlərinə görə, həkimlər H. Əliyevin xəstəxanada yatmasını məsləhət görsələr də, xalq artisti bundan imtina edib: "Özü qala bilmədi. Burda yaş amilinin də rolu var. Xəstəxanada qala bilmir, darıxır. Vəziyyəti yaxşı deyil. Orta-ağır olaraq qiymətləndirilir. İynə-dərmanını edirik, nə lazımdırsa, qulluğundayıq. Görək necə olur, ümid Allaha qalıb”.
 
R. Habiloğlu əlavə edib ki, H. Əliyev ağ ciyər pnevmoniyası və ürək çatışmazlığından əziyyət çəkir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR