Müğənni Cavanşir Məmmədovdan aparıcıya ağır ittiham: "Lalə Azərtaş məndən 70 min manat pul istəyir" - VİDEO
27-10-2023 [11:18]
"Beş aydan sonra yox, heç 50 ildən sonra aparıcı Lalə Azərtaşla barışmayacağam. O, verilişində böyük səhv buraxıb. Başından böyük səhv buraxıb".
Mia.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Keçmiş kürəkəni Mustafa İbili ilə "Təsir dairəsi" ictimai-sosial proqramında qalmaqal yaşayan sənətkarın verilişin aparıcısı Lalə Azərtaşla da münasibətləri gərginləşib.
Məmmədov bildirib ki, Azərtaş aparıcısı olduğu verilişdə onu və ailəsini təhqir etdiyinə görə, efirdə üzr istəməlidir:
"Lalə Azərtaş aparıcısı olduğu verilişdə mənimlə bağlı çox böyük səhvə yol verib. Lalə elə bilir ki, Cavanşir adi, sıradan müğənnidir və heç nədən başı çıxmır. O, bunların nəticəsini görəcək. Həyat yoldaşımın xəstəlik kağızını ona göstərib, deyirəm ki, xanımım iki dəfə insult keçirib. Lakin Lalə bunun yalan olduğunu bildirib. Guya ona kimsə söyləyib ki, xanımımın xəstə olması yalandır. Ona söylədim ki, bax xanımımın yerişinə, gör o, necə yeriyir. Yalnız xanımımın xəstəlik kağızında yazılmış tarixi oxuyandan sonra "rəngi qaçdı". Lalə mənə deyir ki, “sən 170 min manatı keçmiş kürəkənin Mustafa İbilidən alsan, onun 70 min manatını mənə verməlisən”. Bu, nə deməkdir? Sən mənimlə pul qazanmışdın ki, sənə 70 min manat verim?
O pulu geri alsam onun müəyyən hissəsini "Yaşat" fonduna ianə edəcəyəm, qazilərə və şəhid ailələrinə verəcəyəm. Lalə yalanlar danışır. Kimsən axı sən? Sən vasitəçisən, aparıcısan qutardıq səninlə vəssalam".
Qeyd edək ki, Cavanşir Məmmədov ötən gün verilişlərin birində Lalə Azərtaşın ondan və ailəsindən üzr istəmədiyi halda, məhkəməyə verəcəyi ilə hədələyib. Lalə isə aparıcısı olduğu “Təsir dairəsi” ictimai-sosial proqramda “Nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm” sözlərini dilə gətirib.
Xatırladaq ki, Mustafa İbili aylar əvvəl "Təsir dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Rəşad Əliyev, Bizim.Media
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı