Sabiq icra başçısı əmlak davasına qalxıb - Məhkəmə prosesi
27-10-2023 [10:29]
Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
Məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırıb ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı əmlak müsadirəsi hissəsində əsassızdır, qanunun tələblərinə cavab vermir.
Belə ki, birinci instansiya məhkəməsi hökmlə xüsusi müsadirə olunan əmlakların, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxalıyev küçəsi, ev 20, mənzil 141-in Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin hansı bəndində nəzərdə tutulan əmlaklara aid olduğunu müəyyən etməyib və qiymət verməyib, apellyasiya instansiyası da onun mövqeyi ilə razılaşıb.
“Apellyasiya məhkəməsi şikayətini təmin etməməsini onunla əsaslandırıb ki, məhkum cinayət əməllərini törətdiyi dövr 2012-ci ilin yanvar ayından 2020-ci ilin aprel ayına kimi olan dövrü əhatə edir. Qeyd olunan mənzil də 2012-ci ildə alınıb. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Mahir Quliyevin barəsində 19 dekabr 2022-ci il tarixli qərarını xüsusi müsadirəyə aid hissədə dəyişdirməklə birgə paylı mülkiyyətində olan 141 saylı mənzili xüsusi müsadirə edilən əmlakların siyahısından çıxarılması və həmin mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik”, - şikayətdə qeyd edilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmasını istəyib. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi də kassasiya şikayətinin təmin edilməməsini xahiş edib. Ali Məhkəmə şikayəti təmin etməyib.
Qeyd: M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb(Pravda).
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq