"Universitetin rektoru atadırsa, oğlu prorektordur, gəlini isə..." - Deputat kimlərə replika atdı?
26-10-2023 [17:33]
“Azərbaycanda özəl sektora inamın olmaması 70 illik sovet dövrünün psixoloji təsirləridir. Çünki sovet dövründən bu günə qədər hamı istəyir ki, dövlət qulluğunda işləsin və desinlər ki, filankəsin oğlu və yaxud qızı filan nazirlikdə, idarədə işləyir. Yəni bu tendensiya insanların psixologiyasından irəli gəlir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O, Azərbaycan ictimai rəyində özəl sektora qarşı olan inamsızlığın səbəblərindən söz açıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda özəl sektor sahəsində hələlik tam formalaşma getməyib:
“Doğrudur, ölkədə çox yaxşı özəl müəssisələr, kolleclər, universitetlər, klinikalar var, lakin onlar tam formalaşmayıblar. Həm də onlar müəyyən qaydada etimadı doğrultmayıb. Hələ də bu sahədə müəyyən insanlar var ki, onlar yüksək intellektə və yüksək mütəxəssis olmağa malik deyillər. Eləcə də orada nəzarət o qədər yüksək deyil”.
Müsahibimizin fikrincə, biz burada özəl məktəblər və ya kollecləri götürsək, görərik ki, orada işləyənlərin əksəriyyəti özəl sektor sahiblərinin qohumlarıdır:
“Tutaq ki, universitetin rektoru atadırsa, oğlu prorektordur. Yaxud gəlini hansısa fakültədə dekandır, digəri kafedra müdiridir. İnsanlarımızın özəl sektora qarşı inamında yanlışlıq var. Onlar düşünür ki, əgər rektor buraya qohum-əqrəbasını yığıbsa, deməli, burada təhsilin səviyyəsi yüksək ola bilməz. Məsələnin mahiyyəti bundan qaynaqlanır”.
O, iddia edib ki, bu gün rayonlardan qaçıb gələn adamların çoxu Bakıda özəl tibb müəssisələrində işləyirlər:
“Lakin özəl tibb müəssisələri, yaxud özəl universitetlərin hamısı yüksək səviyyədə deyil axı… Burada müəyyən nəzarətsizlik məsələləri və qohumbazlıq amilləri çoxdur.
Digər tərəfdən, dövlət müəssisəsində işləyənlərin çoxu müəyyən imtiyazlarla təmin olunur və pensiyaya çıxanda yüksək pensiya alır. Ona görə də dövlət işində işləmək onlar üçün rahatdır. Yəni köhnənin aurasında qalmağın müəyyən təsirləri mövcuddur, lakin bunlar mənə elə gəlir ki, keçici bir amildir. Çünki xarici ölkələrin əksəriyyətində insanlar ən yaxşı özəl universitetlər, klinikalar, özəl xidmət sahələrini seçirlər. Hətta bu ölkələrdə dövlətlə əlaqəli olan müəssisələrə qarşı yanaşma bir o qədər də müsbət deyil. Çünki orada nəzarət yüksəkdir, özəl müəssisələrə professional mütəxəssislər yerləşdirilib. Məhz insanlara göstərilən xidmətin keyfiyyəti yüksəkdir deyə onlar da özəl sektoru seçirlər”.
Milli Məclisin üzvü xatırladıb ki, sadalanan amillərin hamısı sovetdən qalma təfəkkürdür:
“Bir nümunə çəkim: məsələn ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Aviasiya Akademiyası ölkədə yüksək mütəxəssislər hazırlayır. O cümlədən bəzi özəl universitetlərimiz var ki, orada yüksək səviyyədə dərs keçirlər, hətta bəzən dövlət müəssisələrindən də üstündür. Amma insanlarımız özlərini göstərmək naminə deyirlər ki, mən Bakı Dövlət Universitetində, Pedaqoji Universitetdə və yaxud digər dövlət universitetlərindən birində təhsil alıram. Bu təhsil müəssisələrin adının tarixi olması və insanları yetişdirməsi nədənsə insanlarımızı özünə cəlb edir ki, onlar gedib bu təhsil ocaqlarında təhsil alırlar”.
Həmsöhbətimiz onu da əlavə edib ki, ölkədə bir çox özəl universitetdə təhsil alanların aqibəti də insanları qorxudur:
“Yadınızdadırsa, Azərbaycan Beynəlxalq Universitetində nələr baş verdi, biz gördük. Yaxud bundan öncə minlərlə tələbə yaranmış özəl universitetləri bitirdi, ancaq diplomları tanınmadı, iş yeri tapa bilmədilər. Bu gün onların diplomarı saxta sayılır. Ona görə də ölkədə özəl universitetlərə etibar etmirlər.
Bu psixologiya imkan vermir ki, insanlar özəl müəssisələrə daha çox getsinlər. Bu gün elə özəl müəssisələr var ki, orada əməkhaqqı yüksəkdir. Hətta özəl universitetlərdə əməkhaqqı digərlərinə nisbətən yüksəkdir, eləcə də müəyyən imtiyazlar da var ki, müəllimlər bundan istifadə edirlər. Ancaq düşüncəmizdə bununla bağlı formalaşma getməyib. Ona görə də özəl sektora inam sıfırdır”.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq