Eldar Əzizov Suraxanıda camaatla görüşüb, problemlər dinlənilib - BŞİH rəhbəri tapşırıqlar verilib (FOTOLAR)
26-10-2023 [09:42]
Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Suraxanı rayonu Əmircan qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Əmircan sakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhərinin və Suraxanı rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri 3 saatdan çox, ayaqüstə zala toplaşanların müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən BŞİH rəhbəri Eldar Əzizov bildirib ki, "bu gün biz böyük hadisələrin şahidi olaraq sevincli günlər yaşayır. İki yüz ildən artıq davam edən erməni-müsəlman qarşıdurmasına nəhayət ki, son qoyulub, biz Şanlı Qələbə qazanaraq öz torpaqlarımızı azad etmişik. Bir qədər əvvəl möcüzə hesab etdiyimiz hadisə reallaşıb, Xankəndi şəhərində ölkəmizin dövlət bayrağı ucaldılıb. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır".
Görüş zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanıb.
Sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Əlixan Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə 30-dan çox qəsəbə sakininin çıxış və müraciəti dinlənilib, onlar son vaxtlarda Bakı şəhərində və eyni zamanda, Əmircan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Qarabağ müharibəsi qazisi İsrafil Hüseynov öz çıxışında Vətən müharibəsində qazanılan qələbənin memarı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini təklif edib. Təklif görüş iştirakçılarınını sürəkli alqışları ilə qarşılanıb.
Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, Murtuza Muxtarov məscidinin əsaslı təmir edilməsi, qəsəbədə su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, məşğulluq, yeni avtobus xəttinin açılması, qəzalı binaların və dam örtüyünün təmiri və s. olub.
Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və təkliflər nəzarətə götürülüb.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq