"Bavariya"lı futbolçu: ""Qalatasaray"ın stadionunda inanılmaz atmosfer vardı"

img

25-10-2023 [10:30]


Çempionlar Liqasında "Qalatasaray"ı 3:1 hesabı ilə məğlub edən "Bavariya"nın futbolçusu Kinqsli Koman matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Koman türk komandasının azarkeşlərinə heyran olduğunu gizlətməyib: "Qalatasaray"ın stadionunda inanılmaz atmosfer vardı. Mən belə mühitləri sevirəm. Belə atmosferlərdə çox adrenalin var. Həqiqətən bu gecə inanılmaz idi".

Fransız futbolçu daah sonra deyib: "Çox gərgin və çətin matç oldu. Çox təzyiq yaratdıqları üçün ilk hissədə asan olmadı, amma ikinci hissədə daha çox boşluq oldu, ona görə qollar vurduq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub