Azərbaycan millisinin baş məşqçisi istefaya göndərilib

img

23-10-2023 [17:15]


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, artıq yeni baş məşqçi axtarışına başlayıblar: “Yeni baş məşqçinin axtarışı ilə bağlı işlərə başlayırıq. Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sahədə prosesləri nəzərdən keçirəcəyik. Yəqin ki, yeni baş məşqçinin təyinatı məsələsində nəticələr əldə edəcəyik. Son Avropa çempionatının ardından reytinqimiz bir az yaxşılaşıb. Gələcəkdə daha da uğurlu olacağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub