Emre Belözoğlunun komandası məğlub oldu

img

22-10-2023 [20:10]


Superliqanın 9-cu həftəsində yeni çalışdırıcısı Hakan Yakının rəhbərliyi altında ilk matçına çıxan "İstanbulspor" "Ankaragücü"nə qalib gəlib.

Mia.az xəbər verir ki, meydan sahiblərinə qələbə qazandıran qolları 12-ci dəqiqədə Cakaridja Traore və 62-ci dəqiqədə Əmir Gültəkin vurub.

 "Ankaragücü"nün yeganə qolunu isə 24-cü dəqiqədə penaltidən Tolqa Ciğerci vurub.

Xatırladaq ki, "Mke Ankaragücü" matçı öncəsi liqada heç bir qələbə qazana bilməyən "İstanbulspor" baş məşqçi təyin olunan Hakan Yakının rəhbərliyi altında mövsümdə ilk qələbəsini qazanıb.

"MKE Ankaragücü" başçılığı ilə ikinci matçına çıxan Emre Belözoğlu ilk məğlubiyyətini alıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub