Məşhur türkiyəli aktyor İsrailin müdafiəsinə qalxdı: "Ərəblər bu cür münasibətə layiqdir"

img

23-10-2023 [09:29]


Türkiyəli məşhur aktyor Səlahəddin Taşdöğen İsrail-Fələstin müharibəsi ilə bağlı qalmaqallı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qəzzadakı ağır bombardmanı pisləsə də, İsrailə haqq qazandırıb.

Səlahəddin Taşdöğen Türkkyə mətbuatına açıqlamasında deyib: "Yaşanan qətliamı əlbəttə, qınayıram. Amma bu Fələstin xalqı, bu ərəblər buna layiqdirlər. Sən öz torpağını israillilərə satdın, mülkiyyətçi olarkən kirayəçi oldun. Pul hər şey deyil. Vətən qanını tökəndə, Vətən olur. Bizim o vaxt başımızda bir Atatürk vardı. Onlarda yoxdur, kaş ki, olsaydı. Axə ərəb icmaları haradadır? Niyə Fələstinə kömək etmirlər? Mən irqçi deyiləm, amma ərəblərə nifrət edirəm. Allah orda olanlara kömək olsun".

Aktyor daha sonra tüqrk ordusunun Qəzzaya döyüşməyə göndərilməsinə çağırş edənlərı "od püskürüb": "Küçəyə çıxıb "Qəzzaya mehmetçik göndərmək gərəkdir" deyənlər əvvəlcə özləri gedib orada döyüşsünlər. Baxın, belə deyənlərin çoxu hərbi xidmətdə belə olmayıblar. Bizm hərbçimiz və bizlər yalnız öz ölkəmiz uğrunda savaşmalıyıq. Əgər mənim ölkəmə, bayrağma, torpağıma təhid varsa, çıxar, qanımın son damlasına qədər savaşaram. Amma ərəblərdən ötrü yox..."

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR