Nizami rayonunda yaşıllıq ərazi tikinti üçün satılıb: nazir icazə verir, bəstəkar şikayətlənir, icra başçısı isə... - VİDEO (Rəsmi reaksiya) - YENİLƏNİB
23-10-2023 [18:07]
Bakı şəhəri Nizami rayonunda ağacların kəsilməsi ilə bağlı saytımıza şikayət daxil olub.
Şikayətə görə, özəl şirkət öz maddi maraqlarını həyata keçirmək üçün ərazidə ağac “soyqırımı” həyata keçirir.
Buna da Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi biganə qalır.
Mia.az Poliqon.info-ya istinadla həmin şikayəti təqdim edir:
“Mən bəstəkar Lalə Cəfərova Tahır qızı Bakı şəhəri, Nizami rayonu Tofik Abbasov 83, mənzil 4 ünvanında yaşayıram. Yaşadığım binanın plana getməsi ilə əlaqədar “Global Engineering & Technology” MMC özəl şirkəti tərəfindən nümayəndələr, 36 ailədən ibarət üç binanın sökülməsi ilə əlaqədar, biz sakinlərə artıq bir ildir ki, təzyiq göstərirlər. Bununla əlaqədar mən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Memarlıq və Şəhərsalma idarəsinin rəisi Read Qasımovun qəbulunda oldum. 11 may, 2023 ildə mənə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən mənə cavab məktubu gəldi. Məktubun məzmununda adıçəkilən şirkətin rəylər almadığına görə Baş İdarə tərəfindən tikintiyə icazə verilməməsi yazılmışdı.
Bildirmək istəyirəm ki, 19.10.2013 tarixdə bu şirkət tərəfindən bir neçə ağac yenidən kəsildi. Qeyd edim ki, aprel- may aylarında da bir neçə ağac kəsilmişdi. Bu haqda televiziya kanalinda xəbərlərdə də məlumat getdi və bildirildi ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi adı çəkilən şirkəti ağacları kəsdiyi üçün məhkəməyə verib.
İndi isə ağacların kəsilməsi ilə əlaqədar mən İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinin Ekspert şöbəsi, təhlükəsizlik xidməti, şöbə müdiri Fariz Qasımov və aparıcı müfəttiş Emin Hüseynli ilə telefon əlaqəsi qurdum. Deməli, Bu qurumların rəsmiləri mənə dedilər ki, ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin “ağacların kəsilməsi qadağandır” sərəncamına heç kəs məhəl qoymur. Bu məsələ ilə əlaqədar video materiallar var. Xahiş edirəm bu məsələnin araşdırasınız!”.
Redaksiyadan: Şənbə günü olduğu üçün qanunsuz ağac kəsiminin qarşısını almaqda məsuliyyətli olan dövlət qurumlarından mövqe öyrənə bilmədik. Göstərilən ünvanda ağacların qanunsuz kəsilməsi ilə bağlı Nizami Rayonu İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövelərini dərc etməyə hazırıq.
P.S. Bu gün, yəni 23 oktyabrda Nizami rayon İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov və Ə.Hacıyev küçələrinin kəsişməsi, 2444-cü məhəllə ünvanında yerləşən torpaq sahəsi aidiyyəti qurumların müvafiq icazə sənədləri əsasında mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyeklərinin tikintisinin layihələndirilməsi üçün "Global Engineering & Technology" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilib:
"Sözügedən ərazidə yerləşən ağaclar ilə bağlı tərəfimizdən müvafiq araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və aidiyyəti qurumların müvafiq rəyi əsasında tikinti altına düşən ərazidə yerləşən ağacların yaşıllıq üçün münasib əraziyə köçürülməsi həyata keçirilmişdir".
Poliqon.info
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq