Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-10-2023 [00:03]
Qoç - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri ilə fikir ayrılıqları yarana bilər.
Buğa - əlverişli zamandır. Yaranmış şəraitdən faydalanmağa çalışın. İstənilən situasiyada yaxşı nə isə var. İşgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanların dəstəyini ala bilərsiniz. Onlar genişmiqyaslı planı və ya layihəni həyata keçirmək üçün müttəfiq tapın.
Günün ikinci yarısında gəlirlər olacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Axşam saatlarına yaxın romantik təmaslar ola bilər. Münasibətlər bir qədər sonra ciddi əlaqələrə çevriləcək.
Əkizlər - yaşananlara rəğmən təmkini itirməyin. Soyuqqanlı davranın, atacağınız addımların tələsik olmamasına çalışın. Yaranan istənilən problemin və ya çətinliyin öhdəsindən gələ biləcəksiniz. İşdə fikir ayrılıqları ola bilər. Mövqeyinizi müdafiə edin, geri çəkilməyin. Günün ikinci yarısında hadisələrin inkişafı düzgün mövqe tutduğunuzu göstərəcək.
Axşam saatları peşəkar fəaliyyətlə bağlı önəmli məsələlərin müzakirəsi və həlli üçün yaxşıdır. Şəxsi münasibətlərdə diqqətli olun. Yeni tanışlara planlarınızdan danışmayın. Onlar ilk baxışdan göründüyü kimi deyillər.
Xərçəng - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər yaranarsa, narahat olmayın. Problemlər müvəqqətidir və onları çözmək olar. Əvvəlcədən hazırladığınız plana qayıdın. Çoxdan bəri düşündüyünüz məsələni həyata keçirin. İşdə önəmli məsələlərin müzakirəsi üçün yaxşı gündür.
Günün ikinci yarısında yeni işə çıxmaq olar. Ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olacaq. Qayğıkeş olun. Münaqişə və qarşıdurmalara yol verməməyə can atın. Ünsiyyətdə çətin olan insanla dil tapmağa can atın.
Şir - günün ilk yarısı o qədər də uğurlu deyil. Əhvalınız korlana bilər. İşdə problemlər, maliyyə çətinlikləri istisna deyil. Narahat olmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Nikbin olun, qüvvə və potensialınıza güvənin. Xoş görüşlər olacaq. Dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Ailə münasibətləri ilə bağlı mühüm məsələləri müzakirə etmək olar.
Günün ikinci yarısında yeni layihəni həyata keçirməyə hazır olun. Aktiv və enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Axşam saatlarında gəzintiyə çıxın.
Qız - günün ilk yarısı mürəkkəb keçəcək. Gərəkli nəticəyə nail olmaq üçün çox çalışmalı olacaqsınız. Yardımlarına bel bağlamağa adət etdiyiniz insanlar sizi yarıyolda qoya bilərlər.
Adi günlərdən fərqli olaraq işdə həmkarlarla münasibətlər gəriləcək, fikir ayrılıqları və ixtilaflar yaranacaq. İndiyədək bir kəlmədən anladığınız insanlarla dil tapmaq çətinləşəcək.
Şəxsi münasibətlərdə situasiya yaxşı deyil. Qarşılıqlı iradlar, qısqanclıq və umu-küsü anlaşmaya mane olacaq. Yaranan problemlərin səbəblərini anlamağa çalışın. Çətinlikləri aradan qaldırmağın alternativ, amma effektiv yollarını arayın.
Tərəzi - köhnə problemləri unutsanız da, onlar sizi unutmayıblar. Çətinlikləri sürətlə, qısa müddətdə həll etmək asan deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Diqqətinizi cari işlərə yönəldin. Bir müddət sonra yeni işlərin həllinə başlaya bilərsiniz.
Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Axşam saatları yaradıcılıq fəaliyyəti üçün yaxşıdır. Dünyagörüşünüzü, biliklərinizi artırın. Yeni hobbi artıra bilərsiniz. Maraqlı tanışlıqlar olacaq.
Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız.
Əqrəb - günün ilk yarısı sakit olacaq. Bir qədər əvvəl başladığınız işi başa vurun. Fəaliyyət müstəvisində qayda yaradın, nizamı bərpa edin. Ötən həftədə əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı əldə etdiyiniz razılaşmanı yaddan çıxarmayın. Günün ikinci yarısında peşəkar mövqelərinizi möşkəmləndirin. Bədxahlarınızı zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli planlarının qarşısını alın.
Gəlirlər, uğurlu sövdələşmələr istisna deyil. Axşam saatları şəxsi münasibətlər baxımından münasibdir. İntuisiyanız kəskin olmalıdır. Yaxınlarınız sizi anlayacaqlar.
Oxatan - günün ilk yarısında bütün işlər asan olmayacaq. Kiçik çətinliklər və problemlərlə qarşılaşanda geri çəkilməyin. Dürüst davranın. Qətiyyətli və iradəli olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Məhz bu məziyyətləriniz sizə peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək insanların diqqətini cəlb edə bilər.
Günün ikinci yarısında ambisioz planlarınızdan birini həyata keçirməyə can atın. Axşam saatlarına yaxın qəfil hədiyyə, romantik sürprizlər olacaq. Əks cins mənsubları ilə təmaslarda həssas və qayğıkeş olun. Laqeyd davranmayın.
Oğlaq - anlaşmalar və sərmayələr üçün əlverişli zaman deyil. Maliyyə məsələlərində ehtiyatlı olun. Uğurlu gündür, problemlər ciddi deyil. Çətin məsələləri həll etməyə çalışın. Kimsədən kömək gözləməyin, kimsəyə bel bağlamayın. İşgüzar müzakirələr və danışıqlar pis keçməyəcək. Günün ikinci yarısında əldə edilmiş anlaşmalar və razılıqlar müvəqqətidir.
Səfərlər üçün münasib zamandır. Görüşlər və təmaslarda təxəyyülünüzü işə salsanız, nəticələr pis olmayacaq. Yeni tanışlıqlar olacaq. Amma onlar ciddi münasibətlərə çevriləcək.
Dolça - nəzərdə tutduğunuz işləri həyata keçirə bilərsiniz. Tələskənliyə yol verməyin. Vurnuxmalara qatılmayın. Yalnız etibar etdiyiniz, sınanmış müttəfiqlərlə çalışın. Bir zamanlar yardım etdiyiniz insanlara kömək etməkdən çəkinməyin. Müraciətiniz qulaqardına vurulmayacaq. Qəfil işgüzar təkliflərin alınması istisna deyil.
Günün ikinci yarısında həmin təkliflərdən birini dəyərləndirsəniz, gəlir əldə edə bilərsiniz. Axşam saatlarında səfərə yollanın. Yaxınlarınıza hədiyyə verin, onları sevindirin. Dəyər verdiyiniz insanların qayğısına qalın.
Balıqlar - risk etməkdən çəkinməyin. Yeni işlər və layihələrdə sizi uğurlar gözləyir. Nüfuzlu insanlarla, məmurlarla təmaslar, sənədləşdirmə üçün yaxşı gündür. Danışıqlar və müzakirələr üçün yaxşı gündür.
Sınaqdan uğurla çıxacaqsınız. Günün ikinci yarısında yaxınlarınıza yardım edin. Ailə problemlərini həll edə bilərsiniz. Tanışlarınızın sizə rəğbəti artacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Səhhətiniz üçün profilaktik tədbirlər effektiv ola bilər. İmiclə eksperimentlər pis alınmayacaq.
Milli.Az
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq