"Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsipləri üzərində qurub" - Mehriban İmanova
20-10-2023 [10:30]
Məlumdur ki, Azərbaycanda elmin qədim tarixi və böyük ənənələri vardır. Respublikamızda elmin məqsədyönlü inkişafı müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən birini təşkil edir. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm və təhsilin bəşəri dəyərlərlə zənginləşdirilməsi müstəqillik yollarında inamla irəliləyən Azərbaycan Respublikasında daha işıqlı sabahların yaradılmasında yeni üfüqlər açır.
Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir.
Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm haqqında müvafiq qanunvericilik bazasının formalaşdırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər Azərbaycanda elmi fəaliyyətin düzgün təşkilinə və istiqamətləndirilməsinə, dünya təcrübəsi ilə məqsədyönlü şəkildə əlaqələndirilməsinə geniş imkanlar açmışdır.
Son illərdə elmin nailiyyətlərinin istehsalata, ölkə iqtisadiyyatına tətbiqi sahəsində də dönüş baş vermişdir. Ölkə başçısı elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalamış, dövlət proqramları təsdiq etmişdir. Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" və digər sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Son dövrdə elmin inkişafı istiqamətində görülən ən mühüm işlərdən biri də Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasıdır. Fondun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının təqdim olunmasıdır.
Dövlət başçısının 2022-ci il 15 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” (AEF) publik hüquqi şəxs yaradılmışdır. Bu günlərdə AEF-in fəaliyyət başlamasının 1 ili tamam oldu.
Bir illik dövr ərzində Fondun fəaliyyəti şəffaflıq prinsipləri üzərində təşkil edilmişdir. Fond təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Fonda daxil olmuş bütün layihələr yerli və lazım gəldikdə, xarici müstəqil elmi ekspertlərin iştirakı ilə və konfidensiallıq şərti qorunmaqla elmi ekspertizadan keçirilmişdir.
Fondun müsabiqələrinin keçirilməsi qaydaları öz novatorluğu ilə seçilir və eyni zamanda, fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat layihələrinin və xüsusi proqramların idarə olunmasını nəzərdə tutur.
Azərbaycan Elm Fondu beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirir. Bu iş bir tərəfdən, cihazların alınması üçün keyfiyyətli məhsullar istehsal edən şirkətlərlə münasibətlərin qurulması və digər tərəfdən, beynəlxalq qrant müsabiqələrinin keçirilməsi üzrə əməkdaşlıq formalarında reallaşdırılır. Hazırda Azərbaycan Elm Fondu dünyanın bir sıra innovativ müəssisələri, elmi fondları (TÜBİTAK, Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu və s.) ilə elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması baxımından yeni üfüqlər açan yüksək səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir, birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.
Əminliklə deyə bilərik ki, Azərbaycan Elm Fondu bundan sonra da müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru inkişaf edən və ölkəmizin müasir inkişafına töhfələr verən Azərbaycan elminin yüksəlməsinə, alimlərimizin fəaliyyətinin stimullaşdırılmasına, əldə olunan fundamental elmi nəticələrin iqtisadiyyatda öz tətbiqini tapmasına öz dəstəyini göstərəcək.
Mehriban İmanova,
Azərbaycan Elm Fondunun icraçı direktoru
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq