Lionel Messi: "Bu, utancvericidir"

img

19-10-2023 [15:39]


"İnter Mayami"də çıxış edən Lionel Messi komandadan ayrılacağı ilə bağlı deyilənləri təkzib edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Argentinalı ulduz karyerasını MLS komandasında davam etdirəcəyini bildirib: "Sıfırdan başlayaraq, həmişə olduğu kimi, mümkün olan ən yaxşı şəkildə hazırlaşacağam". 

"İnter Mayami"nin pley-off mərhələsinə vəsiqə qazana bilməməsi haqda danışan argentinalı ulduz deyib ki, buna görə çox utanırlar: "Bu, utancverici oldu. Çox yaxın idik, ancaq olmadı".

Xatırladaq ki, Lionel Messi bu mövsüm "İnter Mayami"də 13 oyun keçirib. Argentinalı ulduz bu matçlarda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub