Eden Hazard futbolu niyə buraxdığının səbəbini açıqladı: "Artıq həzz ala bilmirdim"

img

19-10-2023 [14:09]


Ötən ay aktiv futbolla vidalaşan 32 yaşlı belçikalı məşhur futbolçu Eden Hazard bu qərarının səbəbini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Belçika mətbuatına açıqlama verən 32 yaşlı keçmiş futbolçunun sözlərinə görə, futbolu tərk etmək qərarı çətin olmayıb: "Amma asan olduğunu da deyə bilmərəm. Uzun müddətdir ki, bu haqda düşünürdüm. Transfer dönəmində çox cəfəngiyat eşitdim, amma heç bir şey olmadı. Heç vaxt Belçikada oynamamışam. Ölkəmdə oynamaq maraqlı olardı, amma təəssüf ki, olmadı. Qaldı aktiv futbolla niyə vidalaşmağıma, hələ xeyli əvvəl futboldan həzz almayanda, ona vida edəcəyimi demişdim. Artıq məşqdən, futboldan zövq almırdım. Pul üçün də özümü aldatmaq istəmədim. İndisə normal insanlar kimi həyatdan həzz alıram”.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub