"Beşiktaş"ın qazaxıstanlı futbolçusu tarixə düşdü

img

19-10-2023 [12:30]


AVRO-2024-ün seçmə mərhələsinin H qrupunda Qazaxıstan milli komandasının Finalndiyaya 2:1 hesabı ilə qalib gəldiyi matçda "Beşiktaş"ın "CSKA Moskva"dan transferi Bəxtiyor Zaynutdinov tarixə düşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matçda vurulan hər iki qola imza ataraq millinin tarixində ən çox qol vuran futbolçu ünvanına sahiblənib.

Məlumata görə, 25 yaşlı Baxtiyor Zaynutdinov Qazaxıstan millisinin heyətində 14 qol vuraraq, rekordu yeniləyib.

Xatırladaq ki, "Beşiktaş" 4,5 milyon avroya "CSKA Moskva"dan Bəxtiyor Zaynutdinovu transfer edib. istanbul klubunda 10 oyun keçirən qazaxıstanlı futbolçu 1 qol vurub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR