Bu gün siz nə gözləyir? - BÜRCLƏR
19-10-2023 [00:17]
Qoç - hadisələrlə zəngin gündür. Enerjili və aktiv davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək istəyir, diqqət və qayğı tələb edirlər. Öz işlərinizi unudaraq başqalarının problemləri ilə məşğul olmayın. Bir qədər tənəffüs edin, dincəlin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə romantik "yellər" əsə bilər. Yeni tanışlıqlarda ehtiyatlı olun. İlkin təəssürata çox inanmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Buğa - maliyyə öhdəlikləri götürməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin işlərə başlamaqdan çəkinməyin. Həmin işdə uğur qazanacaqsınız. Gərəkli nəticəni düşündüyünüz vaxtdan da tez, sürətlə əldə edə biləcəksiniz. Rəğbət bəslədiyiniz insanla ünsiyyətdə səmimi və qayğıkeş olun.
Günün ikinci yarısında sayıq davranın. Faydalı biliklər və gərəkli məlumatlar əldə etmək şansından yararlanın.
Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Aktiv və enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz. Bütün günü çalışmalı olsanız da, ruhdan düşməyin. Gözlənilməz hədiyyələr və xoş sürprizlər olacaq.
Əkizlər - asan olmayan, amma maraqlı və yaddaqalan zamandır. Təşəxxüslü olmayın və etiraf edin ki, hələ bilmədiyiniz, öyrənməyiniz gərəkən çox nəsnə var. Sizə yaxşı məsləhət verəcək adam xoşlamadığınız şəxs də ola bilər. Fərdlərə yox, sözlərə və niyyətlərə fikir verin.
Günün ikinci yarısında münaqişəyə qatılmayın. Vəziyyət gərginləşəndə aranı zarafatla soyutmaq yaxşı ideya deyil. Pulla ehtiyatlı olun, lazım olduğundn artıq xərcləməyin. Ehtiyac duymadığınız əşyalar almayın. Borc alıb borc verməyin.
Xərçəng - asan qələbələr və sürətli irəliləyişin olacağını düşünməyin. Məqsədinizə
nail ola bilərsiniz, amma ciddi səy göstərməlisiniz. Planda tutduğunuz tədbiri unutmayın. Önəmli şəxslərlə görüşdə məntiqli davranın. Yola çıxsanız, ehtiyatlı olun, çünki xoşagəlməz hadisə riski artıb.
Günün ikinci yarısında maliyyə məsələlərində əlverişli vəziyyət müşahidə olunacaq. Sevdiyiniz insan işlərinizlə maraqlanacaq. Bir qədər romantik olun.
Şir - təxribatlara uymayın. Sizi təbdən çıxarmağa, sinirləndirməyə çalışacaqlar. Təmkinli olun, soyuqqanlı davranın. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan insanın hiyləgərliyinə aldanmayın. Yaşlı nəsil mənsubları ilə münasibətlər gərginləşəcək. Onlar fikirlərinizi anlamırlar, mövqeyinizi qəbul etmirlər.
Günün ikinci yarısında intriqa, hiyləgərlik, avantüraya qatılmayın. Səmimi və şəffaf olmağa çalışın. Axşam saatlarıda zahiri görünüşünüzün qüsursuz olması qarşı tərəfdə xoş təəssürat yaradacaq.
Qız - hadisələrlə zəngin, intensiv gündür. Müsbət təmayüllərin təsiri az deyil. Hədəfə çatmaq üçün alternativ yollar görünür. Çoxdan bəri maraqlandığınız insanda özünüzə rəğbət oyatmaq şanslarınız var. İmici yeniləyin. Orijinal, ekstravaqant vasitələrlə problemləri həll etmək olar.
Günün ikinci yarısında dövlət qurumlarından birinin mənsubu ilə danışıqlarda diqqətli olun. Maraqlı tanışlıq ola bilər. Hüquqlarınızın tapdanmasına imkan verməyin.
Tərəzi - qarışıq, laübəli gündür. Bədxahlardan birinin səbrlə hazırladığı məkrli planın, təcrübəli manipulyatorun fitnəsinin qurbanı olmayın. Ətrafınızdakı insanların məsləhətləri ilə müqayisədə öz məntiqinizə güvənin. Tələyə düşsəniz, qurtulmaq asan olmayacaq.
Etibar etdiyiniz və güvəndiyiniz insan günün ikinci yarısında qəribə davranacaq. Bir qədər diqqətli olsanız, onun əməlləri və sözlərinin əsl səbəblərini anlaya bilərsiniz.
Səhhətinizdə problemlər mümkündür. İzafi yorğunluğun fəsadları üzə çıxacaq. Adi günlərdən fərqli olaraq indi tez yorulduğunuzdan ağır işə başlamayın. Bəzi planları təxirə salın.
Əqrəb - düşərli zamandır və şəraitdən yararlanın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün inamla irəliləyin. Yeni nə isə öyrənmək, faydalı təcrübəni əxz etmək şanslarını dəyərləndirin. Müxtəlif mənbələrdən faydalı məlumatlar əldə edə bilərsiniz. Fəqət bu informasiyaların dürüstlüyünü yoxlamaq ən önəmli məsələdir.
Ehtiyatı əldən verməsəniz, rəqiblərlə bədxahları üstələyə bilərsiniz.
Günün ikinci yarısında çoxdan tanıdığınız, həmkar və ya dost saydığınız insanla münasibətlərdə yeni mərhələ başlanacaq. Axşam saatlarına yaxın yaradıcılıq potensialı artacaq. Təxəyyüldən bəhrələnməyi unutmayın.
Oxatan - sakit, rəvan zamandır. Günün ilk yarısında məhsuldar çalışmaq olar. Əvvəllər başladığınız işləri başa vurun. Həftənin ilk günlərindən etibarən sizi narahat edən məsələnin çözülməsi üçün zaman limiti bitməkdədir. Dostlarla görüşün. Qüvvənizini bərpa edin, səhhətinizin qeydinə qalın. Kulinar eksperimentlər uğurlu alınacaq. Günün ikinci yarısında yaradıcı eksperimentlər aparmaq olar. Mənfi təmayüllərin təsirini emosional durumunuzda hiss edəcəksiniz. Qıcıqlanmayın, küsməyin, hirslənməyin. Sevdiyiniz insanla ünsiyyətdə səmimi və nikbin olun.
Oğlaq - çox mürəkkəb zamandır. Mühüm qərar qəbul etməli olacaqsınız. Belə qərara mənəvi baxımdan hazır olmasanız da, yaxın ətrafınızdakı insanların maddi rifahı və təhlükəsizliyinin təminatı üçün addım atmalısınız. Situasiya ağırlaşır. Nə qədər çalışsanız da, problemlərin sayı azalmayacaq. Narahat olmayın. Çətinliklərin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında aktivliyi bir qədər azaldın. Səhhətinizin qeydinə qalın, idmanla məşğul olun. Daha pozitiv olun. Sevdiyiniz insanla danışa bilərsiniz.
Dolça - günün ilk yarısı uğurlu olsa da, ciddi iş və ya genişmiqyaslı layihə planlaşdırmayın. Sadəcə, hadisələrin axarı ilə hərəkət edin. Belə olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqla yanaşı, niyyətlərinizi gerçəkləşdirə bilərsiniz. Yeni bilik və informasiyanın əldə olunması, dünyagörüşün genişləndirilməsi üçün münasib zamandır. Günün ikinci yarısında danışıqlar apara bilərsiniz. Səfər istisna deyil. Yola düşərkən heç nəyi yaddan çıxarmayın. Axşam saatlarında alış-verişə yollanmaq olar.
Balıqlar - günün ilk yarısında ciddi problemlər yaranarsa, təlaşa düşməyin. Mənfi təmayüllərin təsiri güclü olsa da, bu situasiya uzun çəkməyəcək. Bir sıra məqamların uğurlu təsadüfi qarşınıza qoyduğunuz məqsədlərə daha sürətlə və effektiv şəkildə çatmağa imkan verəcək. Əməkdaşlıq üçün yaxşı zamandır.
Günün ikinci yarısında birgə layihəyə qatılın. Uzun müddətdən bəri görüşmədiyiniz insanla görüşə bilərsiniz.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjinizi pozitiv məcraya yönəldin. İmiclə eksperimentlər uğurludur. Zahiri görünüşünüzün qayğısına qalın.
Milli.Az
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlaırnı yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz
Tramp və İlham Əliyev bir-birlərinə məktub göndərib - MƏTN
Çempionlar Liqası: “Qarabağ”ın oyununa 26 mindən çox bilet satılıb
"SOCAR Türkiyə" daha bir əməkdaşlıq sazişi imzalayıb - Açıqlamalar
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünya geridönməz su problemiylə üz-üzə: bir paytaxt susuz qalacaq, digəri isə sürətlə çökür... - BMT həyəcan təbili çaldı, çıxış yolu göstərdi
Departament rəhbəri vəzifədən azad olunub
"Evimdə də çətirim olmayıb və hazırda da yoxdur" - İsa Həbibbəyli
Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...