Azercell “Rebuild Karabakh”a dəstəkdir - Açıqlama
18-10-2023 [15:59]
Lider mobil operatorun Baş sponsorluğu ilə keçirilən “Rebuild Karabakh” sərgisinin məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət cəlb etməkdir
19-21 oktyabr tarixlərində “Azercell Telecom”un baş sponsorluğu ilə 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - “Rebuild Karabakh” sərgisi baş tutacaq.
Mia.az xəbər verir ki, sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir.
Sərgiyə həsr olunmuş mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya bildirib ki, şirkət Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 125 baza stansiyası fəaliyyət göstərir: ”Cənab prezident bir neçə gün öncə Xankəndində Azərbaycan bayrağını yüksəltdi. Ondan öncə isə “Azercell” işğaldan azad edilmiş bir çox ərazilərində olduğu kimi Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Sərsəng su anbarı ərazisində mobil şəbəkəsini işə saldı. Biz “Böyük Qayıdış Proqramı” çərçivəsində doğma torpaqlarına geri dönən vətəndaşlarımıza xidmət göstərməkdən qürur duyuruq. “Azercell” Şuşa şəhəri də daxil olmaqla, Qarabağda müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur. Şirkətin birinci rəsmi diler mağazası isə “ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Həmçinin “Azercell” ötən il Qarabağda “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.”
“Azercell” işğaldan azad olunmuş torpaqlarda yeni nəsil şəbəkənin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin edilməsi istiqamətdə işlərini davam etdirir.
Sərgi haqqında ətraflı məlumatı www.rebuildkarabakh.az rəsmi internet saytından əldə etmək mümkündür.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq