Məhəmməd Salah Fələstinə 1.5 milyonluq yardım göndərdi

img

18-10-2023 [00:03]


"Liverpul"un məşhur hücumçusu Məhəmməd Salah Qəzza zolağındakı fələstinlilərə dəstək üçün ianə edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri Misir Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Rami əl-Nazar təsdiqləyib.

O, Salahın etdiyi yardımın detallarını açıqlamasa da, bunu bir neçə dəfə təkrarlandığını deyib: "Məhəmməd Salah Fələstin xalqına bir neçə dəfə bizim vasitəmizlə yardım göndərib. Bu dəfə də o, baş verənlərə seyrçi qalmadı, yeni yardım üçün ianə edib".

İngiltərə mətbuatı isə yazır ki, Salah bu dəfə 1,5 milyon avro civarında yardım göndərib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub