Okan Buruk: "O, oyunçunu zədəli halda bizə satıblar"

img

17-10-2023 [13:58]


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Hakim Ziyeçin zədəsindən danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Okan Buruk GS TV-yə açıqlamasında mlli komandalardan qayıdacaq futbolçuların performansından söz açıb: "Oyunçuların Milli Komandadan dönməsini gözləyirik. Ən çətini Cənubi Amerikadır. Davinson Sançez cümə axşamı gələcək və cümə günü komanda ilə çalışacaq. O, matça hazır olacaq. Sedrik Bakambu və Vilfrid Zaha Afrikaya getdilər. Hakim Ziyeç getdi, amma zədələdir. Onun orada oyuna çıxmayacağı və müalicəsinin davam edəcəyini gözləyirik. Təəssüf ki, o vaxt köhnə zədəsini bizə yeni zədə kimi təqdim edərək, onu bizə satıblar. İndisə görürürük ki, bu, mütləq uzun müddətli müalicə tələb edir. Onun nə zaman meydana dönəcəyini bilmirəm".

Okan Burukun bu sözləri isə təərfdarları məyus edib.

Xatırladaq ki, "Qalatasaray"ın heyətində 3 rəsmi matçda meydana çıxan Ziyeç 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR