SOCAR-da maraqlı dəyişiklik - Yeni yaradılan şirkətin təsisçisi kimdir?

img

17-10-2023 [12:57]


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SOCAR Projects International" MMC-ni dövlət qeydiyyatına alıb.

Mia.az "Report"a istinadla xəbər verir ki, yeni kommersiya qurumu Dövlət Neft Şirkətinin (SOCAR) vaxtilə baş ofisinin yerləşdiyi, hazırda şirkətin "Azneft" İstehsalat Birliyinin ofisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir.

Mia.az onu da xəbər verir ki, yeni şirkətin təsisçisi Fərid Hacıyev vaxtilə Vergilər Xidmətində işləyib.

O, 2019-cu ilin fevral ayının 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Yada salaq ki, həmin sərəncamla hazırda SOCAR-ın müşahidə Şurasının sədri olan iqtisadiyyat naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR