Baş məşqçi futbolçuya əsəbləşdi və yaxasından tutdu... - Qalmaqal (VİDEO/FOTO)

img

17-10-2023 [10:49]


Əlcəzair millisinin baş məşqçisi Djamel Belmadi futboçu Said Benrahmana qəzəblənməsi dünya mediasının manşeti olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün Misir və Əlcəzair yoldaşlıq görüşündə üz-üzə gəlib.

Matçın 63-cü dəqiqəsində isə Əlcəzair yığmasının baş məşqçisi Djamel Belmadi təcrübəli futbolçu Səid Benrahmanı oyundan çıxarıb. Oyundan alınmasına narazı qalan Benrahma Belmadi isə meydandan çıxarkən  məşqçiyə saymazyana münasibət göstərib.

Məşqçinin üzünə baxmaması isə Belmedini o qədər qəzəbləndirib ki, o, azarkeşlətrə və canlı yayıpma baxmayaraq, futbolçunun üzərinə yeriyərək onun yaxasından yapışıb. Baş məşqçinin bu hərəkətinə isə futbolçunun özünün belə təəccüblü qaldığı yayılan videolardan aydın görünür.

Oyundan sonra isə tərəflərdən heç biri bu barədə danışmaq istəməyib.

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub