"Ateş Kuşları"nın məşhur aktyoru "Kuruluş Osman"a dəvət aldı

img

16-10-2023 [17:19]


ATV kanalında yayımlanan "Ateş Kuşları"nda həkim "Feza" obrazını canlandıran Bülent Polat məşhur seriala dəvət alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin serialın son bölümündə qanunsuz orqan alveri ittihamı ilə həbs olunduğu üçün yer almayan məşhur aktyor "Ateş Kuşları"ndan ayrılıb.

Türkiyə mətbuatı yazır ki, Bülent Polat indi "Kuruluş Osmanı" serialına dəvət alıb.

“Kuruluş Osman” serialında Poladın hansı rolu oynayacağı barədə isə yaxın günlərdə fraqment yayılacağı deyilir.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR