ADA Universitetində yeni fakültə yaradılıb
16-10-2023 [12:55]
BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində, Kənd təsərrüfatı və qida elmi fakültəsinin açılışını və Ümumdünya Qida Gününü qeyd edib.
Mia.az xəbər verir ki, tədbir çərçivəsində təşkil olunan sərgidə 10-a yaxın şirkətlərin məhsulları olmaqla, İtaliya-Azərbaycan Universiteti layihəsinin sertifikat proqramı iştirakçılarının təmsil etdiyi şirkətlərin, italyan markalarının, eləcə də FAO-nun dəstəyi ilə ərsəyə gəlmiş “Yurdumun ləzzəti” brendinin qida məhsullarının dequstasiya və təqdimatı baş tutub.
Məhsulların təqdimatı qidanın sadəcə gündəlik tələbatdan savayı, kənd təsərrüfatı istehsalında çalışan hər kəsin qida təhlükəsizliyində rolu olduğunu və onların bir fərd kimi qida qəhrəmanları olmasının nümunəsidir. FAO–nun bu sahədə rolu məhz həmin qəhrəmanların gördüyü gündəlik kənd təsərrüfatı işlərinin daha səmərəli olması və qida təminatı və təhlükəsizliyində rolunun daha da artırılmasına yönəlib.
Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının ən vacib sahələrindəndir. Bu sahə yalnız qida məhsullarının istehsalından ibarət deyil. Kənd təsərrüfatı ölkənin qida təhlükəsizliyini təmin edir.
“Bu fakültəni təsis etməkdə məqsədimiz aqrar sahədə rəqabətədavamlı kadrlar yetişdirmək, elmi-texniki tərəqqi və innovasiya gətirə biləcək peşəkarlar hazırlamaqdır”, - deyə rektor qeyd edib.
Kənd təsərrüfatı və qida elmi fakültəsi İtaliya-Azərbaycan Universitetinin təşəbbüsü çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlıq nəticəsində təsis edilib. Bu fakültə vasitəsilə həmin sahədə bakalavr, magistr və sertifikat proqramları təklif edilir.
2024-cü ildən açılacaq bakalavr və magistr ixtisasları ADA Universitetinin Bakı kampusunda, Qazax və Gəncədəki regional mərkəzlərində tədris olunacaq.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq