Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-10-2023 [00:33]
Qoç - uzunmüddətli planlaşdırma üçün münasib zamandır. Xəyallara dalmayın, illüziyalara qapılmayın. Qüvvə və imkanlanınızı dürüst qiymətləndirin. Potensialınızın həddini anlayın. Yaxın ətrafınızdakı insanlarla bağlı düşüncələrinizdə yanılmayın.
Günün ikinci yarısında təkidli və əzmli olsanız, sərfəli anlaşmaya, karyera pilləkənində irəliləyişə nail ola bilərsiniz. Tez uğura bel bağlamayın. Məqsədə çatmaq üçün bir neçə dəfə cəhd göstərmək lazımdır. İşdə və evdə həllini gözləyən məsələlər az deyil.
Axşam saatlarında normal istirahətə vaxt tapın. Eksperimentlərə əl atmayın.
Buğa - günün ilk yarısında maliyyə problemləri yarana bilər. İtkilər və zərər istisna deyil. Gözlədiyiniz gəlir gecikir. Dostlar və qohumlarınıza yardım üçün müraciət etməli olacaqsınız. İşdə problemlər yaranacaq. Adi, həmişəki işlər və tapşırıqlar sizə ağır gələcək. Emosional olmayın, narazı qaldığınızı büruzə verməyin.
Rəhbərliklə mübahisənin qarşıdurma və ya mübahisəyə çevrilməsi maraqlarınıza ziddir.
Günün ikinci yarısında təmaslarınızda diqqətli davranın. Ailə qayğıları və məişət problemlərinin sayı artacaq. Yaxınlarınız sizə diqqət və qayğıya görə minnətdar olacaqlar.
Əkizlər - təşəbbüskar olun. Ən müxtəlif işlərə fəal şəkildə başlayın. Mürəkkəb məsələlərin həllindən qaçmayın. Yardıma əsla ehtiyac duymadağınızı düşünməyin. Dostlar və qohumlar dəstək təklif etsələr, rədd cavabı verməyin. Çünki qayğı vçə problemlərinizi onlarla bölüşsəniz, vaxtla qüvvələrinizə qənaət etmiş olarsınız.
Günün ikinci yarısında sərvaxt, ehtiyatlı olun. Travma riski var. Qida sisteminizdə ağrılar yarana bilər. Kulinar eksperimentlərə aludə olmayın.
Qəfil səfər sizi həyəcanlandıracaq, amma sonuc yaxşı olmayacaq.
Xərçəng - günün ilk yarısında çox önəmli saydığınız məsələnin həllinə başlamayın. Bu zaman kəsiyində yeni layihələr və təşəbbüslər uğursuzluqla başa çata bilər. Müttəfiqlər olmayacaq. Yardıma və dəstəyə bel bağlamayın.
Düşmənlərin sayını artırmayın. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin.
Günün ikinci yarısında tərəfdaşlarınızla münaqişə etməyin. İradlarınıza reaksiyadan sinirlənməyin. Saatlar keçdikcə situasiya düzələcək, işdə uğurlu dövr başlanacaq. Potensial iş yeri sahibləri və tərəfdaşlarla danışıqlarda sayıq olun.
Yaxınlarınızla münasibətləri korlamayın. Sevdiyiniz insan ən kiçik uğurunuza da sevinəcək.
Şir - günün ilk yarısında uzunmüddətli planlar qurmaq, yaşamınızdakı problemləri həll etmək olar. Daha konkret və praktik məziyyətli işlərdən birinin yerinə yetirilməsini təxirə salmaq olar. Ağır işə başlasanız, səhvləri istisna etməyin. Müttəfiqlərlə fikir ayrılıqları yarana bilər.
Günün ikinci yarısında əməkdaşlığı yarımçıq dayandırmayın. Axşam saatlarını evdə keçirin. Qonaq qəbul etmək olar. Dəvət etdiyiniz tədbirdə usanmağınız, yorulmağınız istisna deyil. Çox xoşagəlməz görüş olacaq.
Sevdiyiniz insana qarşı kəskin iradlar irəli sürməyin.
Qız - yetərincə mürəkkəb gündür. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri, çözə bilmədikləri işi başa çatdıra bilərsiniz. Mübarizəyə başlayın, dayanmayın. Sonradan istirahət edə bilərsiniz. Yardımçı və müttəfiqləriniz olacaq. Sizi uğura aparacaq yolda olduğunu qəti şəkildə bilmirsinizsə, ehtiyatlı davranın.
Günün ikinci yarısında sayıq olun. Belədə seçiminizin dürüstlüyü aşkarlanacaq. Maraqlı işgüzar təkliflər, yeni məhsuldar tərəfdaşlığın başlanması istisna deyil. Axşam saatlarında yeni tanışlıqlar zamanı hisslərinizə hakim olun. Emosiyalarınız nəzarətdən çıxmasın.
Tərəzi - peşəkar fəaliyyət üçün yaxşı gündür. Çözülməli işləri görməyə başlayın. Ciddi və məsuliyyətli olun. Problemlərin öhdəsindən gəlin. Bədxahlar və rəqiblərin sizə maneələr yaratmasına imkan verməyin. İşdə rəhbərliklə önəmli məsələlərin müzakirəsində fikir ayrılıqları olacaq. Mövqeyinizin dürüst, planınızın effektivliyini sübut etməyə çalışın.
Günün ikinci yarısı önəmli görüşlər, sınaqlar, hakimiyyət mənsubları ilə ünsiyyət üçün yaxşı gündür. Gəlirlər mümkündür. Əldə etdiyiniz vəsaitdən artıq pul xərcləməyin. Emosional olmayın. Ailədəki problemi həll etmək olar.
Əqrəb - günün ilk yarısı o qədər də yaxşı deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Kiçik anlaşılmazlıqlar və çətinliklərin sayı artacaq. Situasiya çətinləşəcək. Dəyərli avadanlığın sıradan çıxması, önəmli layihənin icrasında çətinliklərin yaranması istisna deyil.
Eksperimentlərdə sayıq olun.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Dostlar və qohumlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Dəvət aldığınız tədbirə qatılın. Gəlirlər və hədiyyələr olacaq.
Axşam saatlarında evdən kənarda istirahət edin.
Oxatan - günün ilk yarısı çətin və ağır olacaq. Asan qələbələrə bel bağlamayın. Nəticəni əldə etmək üçün ciddi işləmək lazımdır. İntriqalara qatılmayın. Hiyləgərlik etməyin. Fəndləriniz aşkarlanacaq, problemlərinizin sayı artacaq. Nüfuzlu insanlardan dəstək almaq cəhdləriniz yaxşı sonuclanmayacaq.
Günün ikinci yarısında aktiv və enerjili olun. Ruhdan düşməyin. Ehtiyatlı davransanız, itkilərin qarşısını ala bilərsiniz. Ən çətin anlarda yaxınlarınız və müttəfiqləriniz sizi dəstəkləyəcəklər. Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Yaşamınız normal məcrada davam edəcək.
Oğlaq - günün ilk yarısı o qədər də uğurlu deyil. Buna rəğmən yaranan çətinliklərin öhdəsindən gəlməyə çalışın. Ən müşkül və qarışıq situasiyalarda təmkinli olun, soyuqqanlı davranın. Dalaşanları sakitləşdirin, küsənləri barışdırın. Ruhdan düşənlərə ürək-dirək verin. Yeni dostlar olacaq. Nüfuzlu insanlarla tanış ola bilərsiniz.
Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, qonaq qəbul etmək üçün münasibdir. İşgüzar məsələlərin qeyri-formal şəraitdə müzakirəsi effektiv olacaq. Uzaqdan xəbər gələcək. Nəzərdə tutulmamış səfər zərurəti yarana bilər. Axşam saatlarını normal keçirin.
Dolça - dəyişən situasiyaya və fərqli şəraitlərə uyğunlaşmağa çalışın. Əvvəlcədən hazırlanmış planlarda dəyişikliklərə zərurət yaranacaq. Ciddi problemlər yaranmayacaq. Kiçik anlaşılmazlıqlara sərt və aqressiv reaksiya verməyin.
Günün ikinci yarısında nəzər nöqtəniz və baxışlarınız dəyişə bilər. Əhvalınızda fərqlər önəmli olmamalıdır. Yaxınlarınız sizinlə davranmağın modelini arayırlar.
Axşam saatlarına yaxın məişət texnikası sıradan çıxa bilər. İnşaat və təmirlə məşğul olmaq məsləhət deyil. Avadanlıqla, alətlərlə ehtiyatlı olun. Qənaətcil davranın. Alış-verişdə diqqətli olun. İstirahət və əyləncəyə çox pul xərcləməyin.
Balıqlar - hadisələrlə zəngin gündür. İşlər çoxdur və onların əksəriyyəti mühümdür. Hər dəqiqənin hesabı var. Vaxtınızı boşuna keçirməyin. Mənasız söhbətlərə qatılmayın. Real nəticəni qısa müddətdə əldə etməyə imkan verən proseslərə üstünlük verin. Yaxın ətrafınızdakı insanların yardımlarından imtina etməyin.
Günün ikinci yarısında diqqətli və sərvaxt olun. Yaşamınızı yüngülləşdirməyə çalışın. Nüfuzlu insanlarla ünsiyyət, yaşlı qohumlarla söhbət üçün yararlı zamandır. Dəyərli hədiyyələr, gəlirlər istisna deyil. Şəxsi problemlərinizin həllində sizə dəstək olacaq insan var. Yeni tanışlara inanmağa tələsməyin. Sizdən sui-istifadə etməyə çalışan insanlar var.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq