Büdcədən cəmi 7 rayona vəsait ayrılacaq - SİYAHI

img

14-10-2023 [12:24]


2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

Mia.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq