Nəsimi rayonunda Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib, sədr və 1-ci müavin seçilib - FOTOLAR
13-10-2023 [16:28]
Nəsimi rayonunda “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” adlı Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat yığıncağı keçirilib.
Mia.az xəbər verir ki, yığıncaqda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı Eldar Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ictimaiyyəti nümayəndələri və gənclər iştirak ediblər.
Yığıncaqdan öncə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüldü.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Yığıncağı rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq, tədbir iştirakçılarını salamladı. Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskinin hesabatı dinlənildi, Şuranın gördüyü işlər videoçarx vasitəsilə yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. Hesabat məruzəsi ətrafında şura üzvləri çıxış edərək, Şuranın bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər.
Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək, ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışdı. O, ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhalinin, xüsusilə də gənclər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakını qeyd etdi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı. Xüsusi vurğuladı ki, Azərbaycan xalqı bu il özünün dahi lideri və xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bu il xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu.
Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyanın ən parlaq məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin olunması idi. Qeyd olundu ki, Azərbaycanda bütün sahələr üzrə davamlı inkişaf gedir. Ölkəmizdə istər elm, istər təhsil, istər mədəniyyət istərsə də ziyalılıq möhtərəm Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə özünəməxsus şərəfli yol keçmişdir.
RİH başçısı qeyd etdi ki, Şanlı ordumuz 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə almış, antiterror tədbirləri zamanı hərbçilərimiz həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirmişdir. Qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa olundu.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Yığıncağın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şura sədri və sədr müavinin səsverməsi keçirildi. Vaqif Şadlinski yenidən rayon Ağsaqqallar Şurasının sədri, Xalid Kərimov birinci müavini, İmamverdi Həmidov sədr müavini seçiliblər.
Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski göstərilən etimada görə minnətdarlığını bildirdi, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söylədi.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup şəxsə təşəkkürnamə və hədiyyələr təqdim olundu.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq