Xankəndidə həssas qruplardan olanlar üçün sığınacaq yaradılıb - FOTOLAR
12-10-2023 [16:11]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.
Mia.az xəbər verir ki, bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb.
Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.
Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi cari il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixo-sosial vəziyyətini qiymətləndiriblər. Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək, onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib.
Artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.
Həmin psixoloq və sosial işçilər tərəfindən hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərilir. Sığınacaqda çalışmaq üçün həmçinin aşbaz, texniki işçilər və b. da ezam olunub.
Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq