Ceyhun Bayramovun məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb
12-10-2023 [13:06]
Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərksilah edilməsinə dair sentyabrın 27-də BMT baş katibinə ünvanlandığı məktub və tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Mia.az XİN-ə istinadla xəbər verir ki, məktubda Azərbaycanın Qarabağ bölgəsində ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdidlər törədən erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq məqsədilə ölkəmizin beynəlxalq humanitar hüquqa tam şəkildə uyğun olaraq özünün suveren ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumat verilib. Bu konteksdə ölkəmiz tərəfindən aparılan erməni silahlı qüvvələrinin tərksilah prosesi, demobilizasiya və reinterasiya səyləri barədə məlumat verilib.
Qanunsuz erməni birləşmələrinin tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların həcminin Azərbaycanın suveren ərazilərinin hərbiləşmiş zonaya çevrilməsinin, habelə üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən qeyri-qanuni yollarla davamlı olaraq genişmiqyaslı dağıdıcı silah-sursatla təmin olunmasının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Ermənistanın bu kimi destruktiv və qeyri-səmimi davranışlarının Azərbaycan tərəfindən başladılan və son üç ildə davam etdirilən bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlik sülh prosesi səylərinə xələl gətirdiyi vurğulanıb.
Məktubda həmçinin Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası çərçivəsində ölkə tərəfindən görülən işlərdən bəhs edilib. Lokal xarakterli antiterror tədbirləri yekunlaşdıqdan dərhal sonra reinterasiya istiqamətində praktiki işlərə başlanıldığı, müvafiq işçi qrupun yaradıldığı, sentyabrın 21-də Yevlax görüşünün keçirildiyi, sentyabrın 24-də Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulduğu və bununla da yerli erməni əhalisinin fasiləsiz elektrik enerjisi ilə təchiz edildiyi bildirilib.
Habelə, məktubda BMT-nin Baş katibi Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə yerli erməni əhalisinə çatdırılan humanitar yardımlar barədə məlumatlandırılıb.
Sonda ölkəmizin yerli erməni sakinlərinin bütün hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycanın sosial, iqtisadi, hüquqi və konstitusion çərçivəsinə reinteqrasiyası istiqamətində səylərə sarsılmaz sadiqliyi bir daha vurğulanıb, bu tarixi məqamda beynəlxalq ictimaiyyət tərəfindən nifrət və düşmənçiliyə yönəlmiş istənilən səyləri qətiyyətlə rədd etməyə və dinc yanaşı yaşamaq səylərini dəstəkləməyə çağırış edilib.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq