Danimarkalı futbolçu "Qalatasaray"dan gedəcəyini dedi: "Bu, məni əsəbləşdirir"

img

11-10-2023 [15:44]


"Qalatasaray"ın danimarkalı futbolçusu Viktor Nelsson müsahibə verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  24 yaşlı futbolçu Danimraka mətbuatına müsahibəsində əvəzedici kimi oynamaq istəmədiyini deyib: "Mənə daha ağır gələni odur ki, "Mançester Yunayted"lə matça əsas heyətdə daxil olunmadım. Gizlətmirəm, bundan ən çox şoka düşən, əsəbiləşən və ürəyi ağrıyan mənəm. Mən ehtiyat oyunçular skamyasında oturmağı sevmirəm. Əgər belə olacaqsa, yeni komanda tapmalıyam".

Müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq danimarkalı futbolçu müqaviləsini daha bir il uzatmaq istəmədiyini kluba bildirdiyini də sözlərinə əlavə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub