Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi

img

11-10-2023 [15:08]


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR