AVRO-2032-yə Türkiyə və İtaliya ev sahibliyi edəcək - Qərar rəsmən verildi

img

10-10-2023 [14:12]


2032-ci il Avropa Futbol Çempionatına ev sahibliyinə ortaq namizəd olan Türkiyə və İtaliya Futbol Federasiyasının nümayəndə heyətləri UEFA İdarə Heyətinə bu gün təqdimatlarını edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki federasiyanın təqdimatı UEFA tərəfindən bəyənilib. 

Beləliklə, AVRO-2032-yə ev sahibliyi Türkiyə və İtaliyaya verilib.

Avro 2032 Türkiyə və İtaliyanın ümumilikdə 10 şəhərində keçiriləcək. Hər iki ölkənin federasiyaları qarşılaşmaların keçiriləcəyi hər ölkədə 5 şəhəri müəyyənləşdirəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub