Türkiyə superliqasında daha bir baş məşqşçi istefaya göndərilib

img

10-10-2023 [10:47]


Türkiyə superliqasında daha bir baş məşqşçi istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Pendikspor” baş məşqçi Osman Özköylü ilə yollarını ayırıb. 

Klubdan verilən açıqlamada bildirilib ki, komandanı superliqaya çıxaran baş məşqçi Osman Özköylü ilə müzakirədən sonra yolları ayırmağa  qarşılıqlı razılıq əsasında qərar veriblər: "Osman Özköylüyə "Pendikspor"a verdiyi töhfələrə və bizə bəxş etdiyi xoşbəxtliyə görə təşəkkür edirik. Ona gələcək karyeranızda uğurlar arzulayırıq".

Xatırladaq ki, Özköylü "Sivasspor"a 3:2 hesablı məğlubiyyətdən sonra "Pendikspor"dan ayrılmayacağını demişdi: "Bu komanda mənim övladımdır. Uşağımı tərk etməyəcəyəm. Ondan asan ayrılmaram. İstefa ehtimalını görmürəm. Biz bu səfərə birlikdə başladıq və davam edəcəyik".

Məlumatda o da deyilir ki, klub "İstanbulspor"dan ayrılan məşqçi Fatih Tekke ilə danşıqlara başlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR