Prezident Ərdoğan Mahmud Abbasla müzakirə aparıb

img

09-10-2023 [19:57]


Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasına fasilə verərək, Fələstinin başçısı Mahmud Abbasla telefon danışığı aparıb.

Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, telefon danışığında İsrail və Fələstində baş verən hadisələr və bölgədəki gərginlik müzakirə edilib.

Ərdoğan Mahmud Abbasın diqqətinə çatdırıb ki, Türkiyə bölgədəki münaqişənin tezliklə sona çatması və sakitliyin təmin edilməsi üçün hər cür səy göstərir.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR