İsrail Livanın cənubunda əməliyyata başlayıb

img

09-10-2023 [18:05]


İsrail Livanın cənubuna hava hücumu təşkil edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mətbuatı yazıb.

Bildirilib ki, İsrail Livandan ölkəyə sızan yaraqlılarla döyüşə paralel olaraq helikoper və qırıcılarla hücuma keçib.

Məlumata görə, hazırda İsrail helikopterləri ilə qıərıcılar Livanda müyəən olunan hədəfləri məhv etməklə məşuldur.

"Hizbullah"a yaxınlığı ilə tanınan “Əl-Əxbar” qəzeti yazıb ki, İsrail ordusu Mervahin qəsəbəsində bəzi hədəfləri darmadağın edib.

Xatırladaq ki, bu gün sərhədyanı qəsəbələrin bələdiyyyə sədrləri ilə görüşən Baş nazir Benyamin Netanyahu bildirib ki, HƏMAS-a olduqca sərt cavab veriləcək: "Bu cavabımız Yaxın Şərqi tamamilə dəyişəcək. Baxmadığımız heç bir daşın altı qalmayacaq. Hər yerə girib, hər yerə baxacağıq. HƏMAS-ın başına gələcək çox qorxunc olacaq".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR