"Fənərbağça"lı futbolçunun atası: "Oğlum bu il komandadan gedəcək"

img

09-10-2023 [14:04]


"Fənərbağça"dakı oyunu ilə günü gündən diqqəti çəkən Ferdi Kadıoğlunun atası "Beyaz TV"yə ayrılıq siqnalı verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ferdi Kadıoğlunun atası Feyzullah Kadıoğlu canlı yayımda oğlunun gələcəyi ilə bağlı suala cavab verib.

O deyib ki, oğlu mövsümün sonunda klubdan ayrılacaq: "Bu il "Fənərbağça"nı çempion edib gedəcəyik".

Feyzullah Kadıoğlunun sözlərinə görə, özü "Trabzonlu"dur: "Ancaq oğluma "Trabzonspor"dan indiyədək təklif gəlməyib. Düzü, istərdim ki, oğlum İspaniyaya, Almaniyaya daha böyük komandaya getsin".

Xatırladaq ki, Ferdi Kadıoğlu bu mövsüm "Fənərbağça"nın heyətində 12 oyun keçirib. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub