Futbolçu Elvin Cəfərquliyevin çantası oğurlanıb

img

09-10-2023 [00:39]


"Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması xəbəri yanlışdır".

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O, qeyd edib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azarkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub