"Hatayspor" məğlubiyyətsizlik seriyasını davam etdirir

img

09-10-2023 [00:14]


Türkiyə superliqanın 8-ci həftəsində "Hatayspor" doğma meydanda "Konyaspor"u məğlub edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Volkan Demirəlin baş məşqçisi olduğu "Hatayspor" "Konyaspor"a 3:1 hesabı ilə qaıib gəliub.

“Hatayspor”a qələbə qazandıran qolları 22-ci dəqiqədə penaltidən Renat Dadaşov, 53-cü dəqiqədə yenə Renat Dadaşov və 83-cü dəqiqədə Karlos Strandberq vurublar. Qonaq komanda Konyasporun yeganə qolu 32-ci dəqiqədə Louka Pripdən gəlib.

Bu nəticə ilə "Hatayspor" liqadakı məğlubiyyətsizlik seriyasını davam etdirərək xalını 14-ə yüksəldib. 

"Konyaspor" isə 9 xalda qalıb.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub