Biləsuvarda dini radikalızmə qarşı tədbir keçirilib - FOTOLAR
08-10-2023 [23:05]
Din və Qadın Hüquqları İctimai Birliyi Biləsuvarda QHT-lərə Dövlət Yardımı Agentliyinin maliyyə dəstəyilə “Radikalizmlə mübarizədə qadınların rolu» layihəsi üzrə növbəti tədbirini keçirib.
Mia.az xəbər verir ki, yığıncağa icma nümayəndələri ilə yanaşı yerli icra hakimiyyətinin, daxili işlər orqanlarının, vətəndaş cəmiyyətinin və yerli medianın təmsilçiləri qatılıb.
Mərasimi açan layihə üzrə koordinator Əntiqə Qurbanova bildirib ki, layihənin əsas məqsədi milli-mənəvi, dini dəyərlərin qorunması, İslam dininin gerçək prinsiplərinin, özəlliklər dinin qadına baxış anlayışının təbliğidir:“Son illər ölkəyə bir şəkildə yerləşən təriqətlər xurafatçılığa, fanatizmə əsaslanan radikal meyllər yayırlar. Cəmiyyətimiz və dövlətimiz üçün yetərincə ağrılı olan bu məsələyə qarşı rəsmi mübarizə gücləndirilsə də sonuclar hələlik arzuolunan səviyyədə deyil. Səbəb uzun illər insanların din bilgisindən uzaq qalması, bu səbəbdən təriqətlərin İslamı istədiklərini kimi təbliğ edərək çox sayda tərəfdar toplamasıdır. Bu ona gətirib çıxarıb ki, insanlarımız təriqət üzvlərinin onlara anlatdıqlarını dinin vahid tələbi kimi qəbul edir və fərqli düşünənlərə qarşı radikal münasibət göstərirlər. Azərbaycanda dini etiqad azadlığının qanuni qüvvədə olması bir sıra hallarda bu cür təbliğata geniş imkanlra açır. Kənar ölkələrdə təlimlər keçmiş, ya da məsələn, sosial şəbəkələr vasitəsilə çeşidli dini təriqətlərin təsiri altına düşmüş şəxslər cəmiyyət üçün zərərli bilgi yaydıqların zaman məhdudiyyətlə üzləşərkən dini etiqad azadlığı ilə bağlı qanunu əsas gətirirlər. Demək ki, zamanla qanunların təkilləşdirilməsi son dərəcə vacibdir. Bu isə ölkə üzrə müakirə müstəvilərinin qurulması, gerçəkliyin öyrənilməsi ilə mümkün ola bilər”.
Əntiqə Qurbanova bildirib ki, radikal cərəyanların ortaq özəlliklərindən biri də qadınlara qarşı aqressiv münasibətdir:“Azərbaycan Şərqdə qadınlara ilk siyasi hüquqlar verən bir ölkə kimi bu prinsipi hər zaman qoruyub. Lakin bu gün ölkədə bu sahədə arzuedilməz mənzərə var. Xurafat, radikal meyllər əsasən qadınlar üzərində sınanır, nə qədər paradoksal olsa da qadınlar üzərindən yayılır. Dini təriqətlər üçün sosial şəbəkələrdə tərəfdar toplayanlar haqqında araşdırma aparsaq, qadınların sayının durmadan artdığını görə bilərik. Dildə Quran dərsi, dini təlim adı ilə qadınlar çox təhlükəli proseslərə cəlb edilir, hətta onların təriqət üzvləri ilə ailə qumasına da yol açılır. Sonuc isə odur ki, bu gün Azərbaycan vətəndaşı olan qadınlar dünyanın savaş nöqtələrinə transfer edilirlər. Suriyanın, İraqın, özəlliklə İranın təriqət kamplarında xeyli sayda azərbaycanlı qadın var və bu rəqəmlər son dərəcə qorxuncdur. Faktiki olaraq cariyə kimi istismar edilən qadınların qurtuluşu çox az hallarda mümkündür, mümkün olanların isə yenidən ailələrində etimad mühitində yaşaması mümükün deyil. Vətəndaş cəmiyyətnin bu cür hallarının aradan qaldırılmasına son dərəcə böyük qatqısı var və düşünürük ki, məsələlərin davamlı müzakirəsi toplumu bu məsələlərə həssasiyyətini artırmış olar”.
Daha sonra topantı iştirakçıları məsələ ilə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, insanların dini cərəyanlara meyllənməsi əsasən işsizlik səbəbilə baş verir. Məşğulluğun aşağı səviyyəsi, təhsil imkanlarınn məhdudluğu isə bu məsələnin digər iki səbəbi kimi göstərilib. Ortaq fikir isə o olub ki, xurafat, radikal meyllər yayan təriqətlərin təbliğatını aparan şəxslərə qarşı qanun daha sərt dildə danışmalı, təbliğat, maarifləndirmə işi isə bir an dayandırılmamalıdır.
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq