"Beşiktaş"ın baş məşqçisi istefa verdi: "Komandanın qan dəyişikliyinə ehtiyacı var" 

img

06-10-2023 [13:15]


“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasında “Luqano”ya məğlubiyyətdən sonra vəzifəsindən istefa verib.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bununla yanaşı, növbədənkənar qurultay kqərarı verən "Beşiktaş" rəhbərliyi yeni prezident seçkisi keçirəcək. 

Məlumata görə, hazırkı prezident Əhməd Nur Çebinin bu seçkilərdə yenidən namizəd olacağı gözlənilir.

Bu barədə açıqlama yayan klubdan bildirilib ki, Şenol Günəş "Luqano" matçından sonra prezident Ahmet Nur Çebi ilə görüşərək "komandanın qan dəyişikliyinə ehtiyac var" deyib və istefasını verib: "O, vəzifəsindən istefa verdi. Klubumuza verdiyi töhfələrə görə Şenol Günəşə təşəkkür edir və ona işlərində uğurlar arzulayırıq".

Məlumata görə, "Beşiktaş"ın oyunlara hələlik Burak Yılmaz çıxaracaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub