TFF rəhbəri "Beşiktaş"ın prezidentinə barmaq silkələyib? - "Ona yox, azarkeşlərə hiddətləndim" (FOTOLAR)

img

06-10-2023 [12:14]


Ötən gün "Beşiktaş"ın Konfrans Liqasında "Luqano"ya 3-2 hesabı ilə uduzduğu oyunda Türkiyə futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin azarkeşlərin təhqiramiz şüarlaırna hiddətlənərək stadionu tərk etməsinin ətrafında yaşananlar gündəmdən düşmür.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, TFF prezidenti Mehmet Büyükekşinin meydanı əsəbi şəkildə tərk edərkən klub rəhbəri Ahmet Nur Çebiyə barmağlını silkələyərək, onu hədələməsi gözlərdən qaçmayıb.

Bu faktın görüntülərinin (https://www.youtube.com/shorts/RDoYNMLdPr0) sosial mediada yayılmasından sonra TFF prezidenti adından bəzi media orqanlarında qısa açıqlama verilib.

Açıqlamada deyilir ki, TFF rəhbəri Büyükekşi Çebiyə barmağını silkələməyib: "O, tribunalarda ona söyüş söyən qruplar əsəbləşib və bu münasibəti də həddini bilməyən azarkeşlərə olub".

Məlumatda o da deyilir ki, Böyükekşinin bu oyuna 60 dəqiqə baxması nəzərdə tutulubmuş: "Çünki onun Qaziantepə səfər planı vardı..."

Fərid Aslan

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub