"Mançester Yunayted"in baş məşqçisi haqqında qərar verildi

img

05-10-2023 [00:15]


Çempionlar Liqasında "Qalatasaray"a 3:2 hesabı ilə uduzan "Mançester Yunayted"in hollandiyalı baş məşqçi Erik ten Haqın komandadakı gələcəyi barədə qərar verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Yunayted" klubunun rəhbərliyi istefaya səslənən hollandiyalı baş məşqçi ilə yola davam edəcəklərini bəyan ediblər.

Onlar Erik ten Haqa tam dəstək veriblər: "Əminik ki, o, uzunmüddətli perspektivdə doğru və böyük işlərə imza atacaq".

Xatırladaq ki, Çempionlar Liqasında “Bavariya”ya 4:3 hesabı ilə uduzan “Mançester Yunayted” ikinci oyununda da “Qalatasaray”a 3:2 hesabı boyun əyib.

"Guardian" isə yazıb ki, baş məşqçinin gələcəyi komandanın qrupdan növbəti mərhələyə çıxıb-çıxmayacağından aslı olacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub