Rəsmi Moskva: "Avropa İttifaqının müşahidəçiləri rəsmi İrəvanı tələyə salıblar" - “Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə..."

img

04-10-2023 [15:28]


“Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləmək üçün böyük potensial görür”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsinə baxılır. Biz bu layihənin həyata keçirilməsi ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Təbii ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə edilməsinin hazır olmasından asılıdır”(Report).

Zaxarova daha sonra deyib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçiləri rəsmi İrəvanı tələyə salıblar: “Onları Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları yerinə yetirməkdən çəkindirən Qərb təşkilatları, daha doğrusu, Aİ idi. Moskva-Bakı-İrəvanın razılaşmalarını həyata keçirməyə ehtiyac yoxdur, amma hər hansı bir xüsusi yolla getməyə dəyər”.

Zaxarova onu da qeyd edib ki, Aİ Qarabağın erməni sakinlərinin Ermənistana getməsinə heç bir şəkildə kömək etməyib: “Rusiya sülhməramlıları atəşkəsin əldə olunmasında vasitəçi kimi çıxış ediblər. Aİ də bütün bunları kənardan sadəcə müşahidə edib”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR