"Mançester Yunayted"in futbolçusu: "Oyundan sonra "ölü  sükut" vardı" - "Ruhdan düşmədən yolumuza davam etməliyik"

img

04-10-2023 [14:07]


"Mançester Yunayted"in futbolçusu Kristian Eriksen "Qalatasaray"a 3:2 hesabı ilə uduzduqları oyundan danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, final fitindən sonra soyunub-geyinmə otağında "ölü sükut"un olduğunu gizlətməyib: "Otaq çox səssiz idi. Çox məyus idik. Qarşılaşmada yaxşı oynadığımız anlar oldu, amma təəssüf ki, istədiyimiz hesabı ala bilmədik". 

Məğlubiyyətin xırda detallarda gizləndiyini iddia edən danimarkalı futbolçu bildirib ki, hələ qrupda oyunlar yeni başlayıb: "Qarşıda çoxlu matçlar var. Ruhdan düşmədən yolumuza davam etməliyik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR