"Mançester Yunayted"in baş məşqçisi “Qalatasaray”a məğlubiyyətə belə izah verdi: "Belə səhvərə yol verməməliyik"

img

04-10-2023 [09:09]


"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Qalatasaray"a 3-2 hesablı məğlubiyyətə izahat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hollandiyalı məşqçi məğlubiyyəti komandanın zehni xətaları ilə əlaqələndirib.

O deyib ki, komanda olaraq bu səhvləri birlikdə ediblər: "Hamımız bu işdə birlikdəyik və hesab edirəm ki, birlikdə də bu problemi həll etməliyik".

Təcrübəli məşqçinin sözlərinə görə, bü cür böyük oyunlarda psixoloji cəhətdfən hazır olmaq mütləqdir: "Əks halda bu cür cəzalanacaqsan".

Matçda 2 qol vuran Rasmus Hojlund haqda danışan hollandiyalı məşqçi deyib ki, onun iki möhtəşəm qoluna seviniblər: "Ancaq matçda qalib gələ bilmədik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub