Bayden Avropa liderlərini Ukraynaya görə topladı: "Dəstəyi artırmalıyıq"

img

04-10-2023 [00:17]


ABŞ prezidenti Co Bayden bu gün Avropa İttifaqı və bəzi Avropa ölkələrinin liderləri ilə Rusiyaya qarşı Ukraynaya verilən dəstəyi müzakirə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev yazılı açıqlama yayıb.

Bildirilib ki, Co Bayden Kanada Baş naziri Castin Trüdo, AB Komissiyasının sədri Ursula von der Leyen, AB Şurasının sədri Şarl Mişel, Almaniya Baş naziri Olaf Şolz, İtaliya Baş naziri Giorgia Meloni, Yaponiya Baş naziri Kişida Fumio, NATO-nun baş katibi Yens Stoltenberq, Polşa prezidenti Anjey Duda, Rumıniya prezidenti Klaus İohannis, İngiltərə baş naziri Rişi Sunak və Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə Rusiyaya qarşı əlavə tədbirləri və Uklraynaya verilən dəstəyin detalları barəəd fikir mübadilıəsi aparıb.

Məlumata görə, onlayn keçirilən müzakirədə Ukraynanı dəstəkləmək öhdəliyini təkrarlayan Bayden və liderlər Kiyevin ehtiyac duyduğu silah və sursatı, o cümlədən hava hücumundan müdafiə sistemlərinin daha tez təhvil verilməsinin vacibliyi ilə razılaşıblar.

Bundan əlavə, liderlər Ukraynanın iqtisadi dirçəlişi ilə bağlı müvafiq addımlaır da atmağq qərarına gəliblər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR