Ronaldo daha bir mükafat qazandı

img

04-10-2023 [00:05]


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldo karyerasına daha bir mükafat əlavə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanıda sentyabr ayının oyunçusu seçilib.

O, ötən ay 5 rəsmi matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu üstünlüyünə görə o, qeyd olunan mükafatı qazanıb.

Xəbərdə deyilir ki, 38 yaşlı Ronaldo “Əl-Nassr”ın heyətində indiyədək 29 rəsmi oyun keçirib. O, bu matçlarda 25 qol vurub, 8 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub